Dastanlarda heyva kimi saralmaq təşbehi çox işlənir.
Bu dərd, bu qəm mənim canımda qaldı,
Heyva kimin gül irəngim saraldı.
Desələr Nəcəfi kim dərdə saldı?
Onda söyləginən ay bular, bular!
(“Nəcəf və Pərzad”)
*
O zaman ki mən şəhri-Reydən gəldim.
Saralıban heyva təki mən soldum.
Yoruldum, yoruldum, günbəzdə qaldım,
Dilbilməz əlinə düşdüm, neyləyim?!
(“İrvahım”)
*
Sarılıqda heyvalardan sarıyam,
İsmim pakdır, lap sudan da duruyam.
Verməsən də mən Qəribin yarıyam,
Ana, mən yazığı nə danlayırsan?!
(“Aşıq Qərib”)
*
Əsmər qarı bu işin hamısın bilir,
Saralır heyvatək gül rəngi solur.
O yollara gedən sağ gəlmir, ölür,
Qayıt bu sevdadan, amandı getmə.
(“Qulam-Kəmtər”)
*
Saralıb heyva təki
Solmağımı siz də bilin.
Ey bidad, Allah aman,
Ölməyimi siz də bilin.
(“Şahzadə Bəhrəm”)